Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.
FED.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub: "Hazıra 13 nəfərin vəziyyəti ağırdır. Hüquq mühafiz orqanın əməkdaşları hadisə yerinə cəlb edilib və yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub avtobusuna çırpılıb".
A. Əsgərli deyib ki, yolda hazırda sıxlıq müşahifə olunur: " Yol Polisin əməkdaşları ərazidə nizamlayıcı qismində çıxış edərək, avtomobillərin hərəkətini tənzimləyirlər".
***
Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TH-16 qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.
Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində, saat 08:00 olan məlumata əsasən, 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər 3 saylı KŞX-yə) çatdırılıb.(Apa)