Bakıda vətəndaşın bank hesabından pul oğurlanıb.
Bu barədə FED.az-a DİN Mətbuat xidmətindən bildirilib.
Bakı Şəhər Baş Polis İdarəsi və Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının yanvarın 26-da keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 600 manat pulunu oğurlamaqda şübhəli bilinən Naftalan şəhər sakini Elçin Ələkbərov və Laçın rayon sakini Araz Əliyev saxlanılmışdılar.
Davam etdirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qrupun digər üzvü - Bakı şəhər sakini Tural Qurbanlı da müəyyən olunaraq saxlanılıb.