Tanınmış iş adamı Füzuli Fərəcov vəfat edib. Onun koronavirusdan dünyasını dəyişdiyi deyilir.
Eləcə də bax: "Azenko"nun direktoru yol qəzasında - VƏFAT EDİB
FED.az xəbər verir ki, iş adamı bu gün səhər saatlarında dünyasını dəyişib.
Məlumata görə, uzun müddətdir diabet xəstəsi olan F.Fərəcov bir neçə gün əvvəl koronavirusa yoluxub və bu gün dünyasını dəyişib. Xatırladaq ki, F.Fərəcov "Mohito” və "Paradise” və daha bir neçə gecə klublarının, Novxanıdakı "Kalyon” restoranının sahibidir.
Onu da qeyd edək ki, F.Fərəcovun adı 2017-ci ildə oğlunun lüks avtomobillə piyadanı vuraraq öldürməsi ilə gündəmə gəlmişdi. F.Fərəcovun oğlunun "Porsche" ilə qəza törədən zaman 14 yaşı var idi. (Musavat)