Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları - Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
FED.az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə barələrində həbs qətimkan tədbiri seçilməyən şəxslərə şərti cəza verilib.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları - Elmira Məmmədova, Natəvan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən restoranda Şirin Abdullayev adlı vətəndaşdan barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat pul alan zaman saxlanılıblar.
Onların barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməyib.