Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində obyektdə yanğın baş verib.
Bu barədə FED.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
"Yanğın nəticəsində ümumi sahəsi 3250m2 olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən mebel sexinin taxta atmaları 400m2 və içərisindəki mebel əşyaları 100m2 sahədə, avtomobil təmiri sexi 100m2 sahədə və sexdəki 1 ədəd avtomobilin yanar hissələri, avtomobil ehtiyat hissələrinin satışı sexinin dam örtüyü 20m2 sahədə və açıq əraziyə yığılmış mebel avadanlıqları 40 m2 sahədə yanıb. Obyektin böyük hissəsi, həmçinin təmirə dayanmış 5 ədəd avtomobil və avtomobil ehtiyat hissələri yanğından mühafizə olunub. Xəsarət alan olmayıb", - məlumatda qeyd olunub.