Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verib.
FED.az xəbər verir ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, sözügedən ərazidə baş vemiş yanğınla əlaqədar Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
*****
Bakı şəhərinin Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.