Hadisə

Bakıda maşın qaçıranlar saxlanıldı

Bakıda maşın qaçıranlar saxlanıldı | FED.az
11:43 2 Noy 2018

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Quliyev “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-dən FED.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində “Mercedes” Binəqədi qəsəbəsi ərazisində üzərinə başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları taxılmış və yük yeri əzilmiş vəziyyətdə tapılıb. Araşdırmalar zamanı həmin dövlət qeydiyyat nişanlarının “QAZ-5312” markalı avtomobilin üzərindən oğurlandığı da müəyyən edilib.

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Azər İbrahimov və Seymur Paşayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Digər xəbərlər

Banner