Bakı şəhərinin Xətai rayonunda növbəti seyf oğurluğu qeydə alınıb.
Xətai rayon Polis İdarəsindən daxil olan məlumata görə,Gəncə prospekti 105 ünvanında yerləşən və Bakı sakini Həşim Həsənova məxsus olan mağazadan 50 x500 sm ölçülü seyf oğurlanıb.
Cinayətkarlar mağazaya pəncərənin dəmir barmaqlığını sındıraraq daxil olub. Onlar mağazadan içində pulların saxlanıldığı seyfdən başqa (oğurlanmış pulların məbləği hələ ki məlum deyil - red.) müşahidə kamerasını da aparıb. Cinayətkarlar mağazadan ərzaq məhsulları da oğurlayıb.
Oğurluq faktı ilə bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb. Müstəntiqlər hələlik cinayətkarların izinə düşə bilməyib. Şübhəli şəxslərin kimliyi araşdırılır.