Bakıda mağaza müdirinin iş yerində meyiti tapılıb.
FED.az xəbər verir ki, hadisə iyulun 24-də paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Belə ki, "Kığılı" geyim mağazasının "Elmlər" filialının müdiri, 1991-ci il təvəllüdlü Rəşid Əliyevin həmin filialın anbar otağında meyiti aşkar olunub.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)