Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tamaşalarını dayandırıb.
Eləcə də bax: İrandan qayıdan daha üç azərbaycanlıda - KORONAVİRUS TAPILDI
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova məlumat yayıb. Onun sözlərinə görə, müvafiq qurumun göstərişi ilə ölkədəki koronavirus təhlükəsi ilə əlaqədar tamaşalar dayandırılır.
Qərar 27 mart tarixinədək qüvvədədir.