Yanvarın 1-də Nərimanov rayonu ərazisində yerləşən “Aristokrat” tibb mərkəzində gözətçi işləyən 58 yaşlı Muraz Nəbiyevin döyülərək öldürülməsinin bəzi təfərrüatı məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı "Qafqazinfo"ya istinadən xəbər verir ki, əvvəlcə M.Nəbiyevin infarktdan ölməsi barədə polisə məlumat daxil olub. Amma istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün kilinikanın sahibinin oğlu olan paytaxt sakini H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə H.Rəhimli tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.