Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib.
Cinayət dekabrın 20-də Vahabovun yaşadığı evin həyətində baş verib. O, saat 19:26-da evə qayıdıb maşınını parklamaq istəyərkən naməlum şəxs ona bir neçə dəfə atəş açıb. Güllələrin ikisi Vahabova dəyib, biri sifətindən, digəri isə sinəsindən. O, hadisə yerindəcə keçinib.
Qatil hadisə yerindən qaçıb gizlənib və hələlik saxlanılmayıb. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir. Hələlik killerin hansı silahdan atəş açdığı məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açanın şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar.
Eləcə də bax: Vəfat edənin kreditini onlar qaytarmalıdır - MƏHKƏMƏDƏN AÇIQLAMA
İlkin məlumata görə, Vahabov əvvəllər MTN-in əməkdaşı olub. Lakin səhhətində yaranmış problemlə əlaqədar olaraq oradan çıxıb. Sonra Vahabov bizneslə məşğul olub. İstintaqın bu günə olan daha inandırıcı versiyasına görə, qətlin törədilməsində biznes maraqların toqquşmasının rolu ola bilər.
Qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.
Eləcə də bax: Borclu ölsə, pulu kim qaytarmalıdır?- KONSTİTUSİYA MƏHKƏMƏSİ QƏRAR VERDİ
FED.az xəbər verir ki, Unikal.org-nin məlumatına görə, güllələnən şəxs iki gün əvvəl "Bank BTB" ASC-nin iddiası əsasında məhkəməsi keçirilib.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasında hakim Ələsgər Əliyevin sədirliyi ilə məhkəmə prosesi baş tutub. Məhkəmə bankın kredit müqaviləsi üzrə mübahisələri əsasında olub.