Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) şöbə müdiri intihar edib.
FED.az xəbər verir ki, bu barədə "Report"a Nərimanov RİH-dən məlumat verilib.
Eləcə də bax:“Azərişıq” ASC-nin işçisinin ölümü ilə bağlı - CİNAYƏT İŞİ AÇILIB
Bildirilib ki, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq öldürüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
E.Əlizadə 2014-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Faktla bağlı daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirə salınmaz istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddin çatdırma) maddəsi cinayət işi başlanıb. İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, intihar edən şəxs Nərimanov Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.