Yanvarın 11-də bir əcnəbi vətəndaşın bank kartını itirməsi və hesabından 358 manatının çıxarılaraq oğurlanması barədə polisə məlumat daxil olub.
FED.az xəbər verir ki bu barədə DİN-nin Mətbuat xidmətindən bildirilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Zəngilan rayon sakini Hafiz Tağıyev və Bakı şəhər sakini Məhəmməd İlyasov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.