Bakıda Dövlət Bayrağı meydanında hündürlüyü 191 metr olacaq dünyanın ən hündür bayraq dirəyinin quraşdırılmasına başlanılıb.
FED.az xəbər verir ki, bayraq dirəyi Türkiyənin ENKA qrupunun törəmə şirkəti "Çimtaş" tərəfindən istehsal edilib və quraşdırılacaq.
"Çimtaş"dan verilən məlumata görə, bayraq dirəyi şəhərin güclü küləkləri səbəbindən dizayn və mühəndislik işləri ilə də diqqət çəkəcək.
Dirəyin diametri 5,7 m-dən 2 m-ə qədər dəyişir, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.
İstehsalına 2021-ci ilin sentyabrında başlanılmış seqmentlər Volqa-Don kanalı və Xəzər dənizi vasitəsilə Bakıya daşınıb.
Tamamlandıqdan sonra dirəyin ümumi uzunluğu platformasından 191 m olacaq.
Qeyd edək ki, Dövlət Bayrağı meydanında əvvəlki bayraq dirəyinin hündürlüyü 162 metr idi (Marja.az).