Hadisə

Bakıda daş karxanasında yanğın - ÖLƏN VAR

Bakıda daş karxanasında yanğın - ÖLƏN VAR | FED.az
13:31 23 Sen 2019

Qaradağ rayonunda daş karxanasında ölümlə nəticələnən yanğın olub.

FED.az xəbər verir ki, gecə saatlarında “Korgöz” daş karxanasında baş verən yanğında Nəzərov Xaləddin Ağa oğlu yanaraq ölüb.

Eləcə də bax: Bakıda boya sexində yanğın olub -YOL BAĞLANDI

Ehtimala görə, yanğın daş karxanasının istirahət otağında başlayıb. 

Qeyd edək ki, X.Nəzərov karxanada operator işləyib.

Faktla bağlı araşdırma aparılır.

Oxu

Digər xəbərlər