Banner

Hadisə

Bakıda çoxmərtəbəli yaşayış binası yanır -  BİR AİLƏ 14-CÜ MƏRTƏBƏDƏ QALIB

Bakıda çoxmərtəbəli yaşayış binası yanır -  BİR AİLƏ 14-CÜ MƏRTƏBƏDƏ QALIB | FED.az
14:45 25 Fev 2019
Hazırda çoxmərtəbəli binada yanğın davam edir və söndürülməsi üçün tədbirlər görülür. 

FED.az xəbər verir ki, binanın 14-cü mərtəbəsində bir ailənin 4 üzvü qalıb.
Xilasedicilər onları binadan çıxarmağa çalışırlar. 
 

***
Hadisə zamanı tüstüdən zəhərlənən 10nəfərə yerində həkimlər tərəfindən yardım göstərilib.

Bu barədə  Səhiyyə Nazirliyi məlumat verib. 

Onlardan 4-ü uşaq, 6-sı böyükdür: "Onların heç birinin həyati təhlükələri yoxdur".
 

*** 14:27

Bakıda yanğın baş verən çoxmərtəbəli binanın yerləşdiyi əraziyə 5 təcili tibbi yardım briqadası göndərilib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar təcili yardıma saat 12.55 radələrində çağırış daxil olub. 

Qeyd edək ki, Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsində yerləşən yeni çoxmərtəbəli binada yanğın başlayıb

***

 

Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğına səbəb elektrik yüklənməsi olub.

Bundan başqa, araşdırmalar zamanı məlum olub ki, binanın yanğından mühafizə sistemi işlək vəziyyətdə deyilmiş.

Qeyd edək ki, yanğın söndürülüb.

Digər xəbərlər

Banner