Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikili və obyektlərin, zəbt olunmuş torpaq sahələrinin hasarlarının sökülməsi, səkilərin və yol kənarlarının təmizlənməsi tədbiri başlayıb.
FED.az Bakı şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, Xətai rayonunda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb. Belə ki, Məhəmməd Hadi və Neapol küçələrində, Ukrayna dairəsi yaxınlığında yol kənarında zəbt olunmuş torpaq sahələrinin hasarları sökülüb, ərazi tikinti materialları və məişət tullantılarından təmizlənib, ərazidə abadlıq işlərinə başlanıb.
Obyekt və tikililərin səkilərə çıxan, gediş-gəlişə mane olan və sakinlərə təhlükə yaradan hissələrinin sökülməsi aparılır. Bu işlər rayonun digər yerləri və eləcə də paytaxtın bütün rayonlarında aparılacaq.
Bu işlərin əsas məqsədi paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhərimizi daha da gözəlləşdirmək, sakinlərin sosial şəraitinin daha da yaxşılaşdırmaqdır. Proses Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətə götürülüb.
Bakıda “böyük təmizlik” başladı - OBYEKTLƏR HƏDƏFDƏ
15:09
30 Avq 2018