Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki boya istehsalı sexində baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin peşəkar fəaliyyəti sayəsində genişlənərək ətraf ərazilərə, o cümlədən yanğının perimetri boyu yerləşən obyektlərə keçməsinə imkan verilmədən tam söndürülüb.
FED.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
***
Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən 3500 kvadratmetr ərazini əhatə edən boya sexinin ərazisində baş verən yanğın zamanı boya çənləri, qatqı materialları, plastik qablar yanıb.
FED.az xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) xidmət rəisinin müavini Taleh Babayev deyib.
Bildirib ki, boya sexinin ərazisində baş verən yanğınla bağlı bu gün 13.32-də FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Bununla bağlı 3 saylı çağırış elan olunub, 12 yanğınsöndürən avtomobil hadisə yerinə cəlb edilib. 4 dəqiqə ərzində qüvvələr hadisə yerinə çatıb və yanğına müdaxilə olunub. Qısa zamanda yanğının məhdudlaşdırılmasına nail olunub. Yanğının söndürülməsi işləri aparılır.