Bakıda yağan güclü yağış nəticəsində bəzi əraziləri yenidən su basıb.
FED.az xəbər verir ki, artıq bəzi ərazilərdə sel səbəbindən yolların bağlanması, eləcə də suyun həyət və evlərə dolması müşahidə edilir.
Təcili: Nazirlər Kabinetində leysan yağışı ilə bağılı - MÜŞAVİRƏ KEÇİRİLDİ
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
FED.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Hazırda su basmış evlərdən vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.





![Bakıda bəzi əraziləri yenidən su basdı - [red]İnsanlar təxliyə edilir - VİDEO[/red] | FED.az](upload/news/small/1214229.jpg)
![Bakıda bəzi əraziləri yenidən su basdı - [red]İnsanlar təxliyə edilir - VİDEO[/red] | FED.az](upload/news/small/713459.jpg)
![Bakıda bəzi əraziləri yenidən su basdı - [red]İnsanlar təxliyə edilir - VİDEO[/red] | FED.az](upload/news/small/156669.jpg)
![Bakıda bəzi əraziləri yenidən su basdı - [red]İnsanlar təxliyə edilir - VİDEO[/red] | FED.az](upload/news/small/3565886.jpg)
![Bakıda bəzi əraziləri yenidən su basdı - [red]İnsanlar təxliyə edilir - VİDEO[/red] | FED.az](upload/news/small/3138087.jpg)
![Bakıda bəzi əraziləri yenidən su basdı - [red]İnsanlar təxliyə edilir - VİDEO[/red] | FED.az](upload/news/small/1130728.jpg)








