Aprelin 18-də saat 16 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bankların birinin filialından Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
DİN-in Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə dərhal polis əməkdaşları həmin ünvana gəliblər. Banka 2 ədəd 50 dollarlıq saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Qəndiyev saxlanılıb və araşdırma aparılması üçün 13-cü Polis Bölməsinə təhvil verilib.