Hadisə

Bakıda “AZZA”ya silahlı basqın - KASSA OĞURLANDI

Bakıda “AZZA”ya silahlı basqın - KASSA OĞURLANDI | FED.az
21:09 2 Dek 2019

Bakıda şirniyyat dükanına basqın edilib.

FED.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70-də baş verib.

Eləcə də bax: Qida Təhlükəsizliyi Agentliyi “AZZA”nı araşdırır

Naməlum şəxs həmin ünvanda yerləşən “AZZA” şirniyyat dükanına daxil olaraq orada işləyən Atakişiyev Ülvi Elşad oğlunu bıçaqla öldürməklə hədələyib.

Naməlum şəxs satıcıdan kassadakı pulları tələb edib.

Nəticədə həmin şəxs kassadan 950 manat və 1 ədəd “Alpha Line” içkisini götürərək hadisə yerindən qaçıb.

Digər xəbərlər