Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 6400 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.
FED.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Mirzalı İsmayılov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.