Bakı sakininin bank hesabından pul oğurlanıb.
FED.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətindən bildirilib.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 19-da Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 14850 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini İsa Həsənzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.