Bakı şəhər sakini olan bir qadının bank kartını itirməsi və hesabından 135 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
FED.az xəbər verir ki,bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Rüfət Yusupov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.