"Bakı limanı bu ilin sonlarında köçürüləcək".
FED.az xəbər verir ki, bunu Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov mətbuata açıqlamasında deyib.
T. Ziyadov bildirib ki, hazırda Beynəlxalq Dəniz Ticarət Limanını tikintisinin birinci fazası davam edir və bu fazanın bu ilin ortalarında yekunlaşması nəzərdə tutulur: "May ayında birinci faza ilə əlaqədar bütün işlərin tamamlanması nəzərdə tutulur. Birinci fazaya kontinent terminalı, quru yük terminalı, ağır yük terminalı, Ro-Ro terminalı daxildir. Ro-Ro terminalı artıq bu il yanvarın 9-dan açılıb. Bu ilin sonundan Bakı limanı köçürüləcək".