Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.
FED.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.
Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb.
***
Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.
Yük daşıyan kranın aşması nəticəsində bir nəfər ölüb.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.
TƏBİB-dən bildirilib ki, aeroport ərazisindəki anqarda baş vermiş hadisə ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.
Əraziyə tibbi briqada cəlb olunub. Ətraflı məlumat veriləcək.
Faktla bağlı araşdırma aparılır. (Apa)