Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir.
FED.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında 30 oktyabr saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.
Sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb.
Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.