Bakıda “Azure” biznes mərkəzində gəncin intihar etdiyi məlum olub.
FED.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Elvin Məmmədov binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən özünü atıb.
O, özünü binadan atmamışdan əvvəl məktub yazıb.
Məktubda qeyd edilir: “Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”. (Report)
***
Bakıda “Azure” biznes mərkəzində intihar hadisəsi baş verib.
Eləcə də bax: "Azərsu" ASC-nin əməkdaşı iş yerində intihar edib
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə dəqiqə öncə binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən orta yaşlı kişi özünü yerə atıb.
Həmin şəxs hadisə yerində vəfat edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub. Araşdırma aparılır.
İntihar edən şəxsin kimliyi müəyyənləşib. Məlum olub ki, o, suvarma sistemləri üzrə fəaliyyət göstərən "Polyagro" MMC-nin mühasibi, 22 yaşlı Elvin adlı şəxsdir.