Rusiyanın Yekaterinburq vilayətində baş verən hadisələr – hüquq mühafizə orqanlarının bu ölkədə yaşayan azərbayxan ailələrinə vəhşicəsinə hücumu, zorakılıq təbiq etməsi və işgəncələr verməsi, nəticədə bir neçə azərbaycanlının tamamilə günahsız olaraq qətlə yerilməsi Azərbaycan cəmiyyətini hiddətləndirib.
FED.az xəbər verir ki, bu hadisələr zamanı 50 azərbayanlı həbs edilib və qanunsuz zorakılıq hallarıv davam etməkdədir. Elə bu gün – iyunun 29-da keçirilən məhkəmələrdə də bir neçə azərbaycanlı barəsində həbs qərarı verilib.
Hadisələrlə bağlı Azərbaycan Dövlət Televiziyası Rusiyadakı vəziyyət, qonşu ölkənin Azərbaycana və azərbaycanlılara qarşı apardığı siyasətlə bağlı süjet yayımlayıb.