Bakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.
FED.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş verib.
Belə ki, QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.
Faktla bağlı araşdırma aparılır.