Bakıda sığorta sektorunun keçmiş vəzifəli şəxsi “Jeep”lə ər-arvadı vuraraq ölümünə səbəb olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, dekabrın 21-i axşam saatlarında Rövşən Əsgərov idarə etdiyi 90 DR 500 nömrəli “Jeep Grand Cherokee” markalı avtomobillə aeroport yolunda iki piyadanı vurub.
Piyadalar - 1957-ci il təvəllüdlü Zahid Kazımov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Rövşən Əsgərov “AzSığorta” şirkətinin filiallarla iş departamentinin müdiri olub. Daha sonra isə “Standard İnsurance” sığorta şirkətinin Korporativ satış departamentinin direktoru işləyib. Buradakı vəzifəsindən çıxarılandan sonra bizneslə məşğul olduğu bildirilir.
Əlavə edək ki, 90 DR 500 nömrəsi daha öncə "Lexus" markalı avtomobildə də olub. Həmin maşının fotolarını təqdim edirik: