Hadisə

“Azsığorta”: Artıq 30-dan çox müraciət daxil olub

“Azsığorta”: Artıq 30-dan çox müraciət daxil olub | FED.az
12:33 6 Fev 2019

Bu an üçün “Azsığorta” şirkətinə artıq 30-dan çox müraciət daxil olub.

 

FED.az xəbər verir ki, bu barədə Şirkətdən bildirilib. 

 

Daxil olmağa davam edən müraciətlərə operativ reaksiya göstərmək və ən qısa zamanda zərərləri qiymətləndirmək məqsədilə, “Azsığorta” zəlzələ nəticələri ilə iş üzrə operativ qərargah qurmuşdur. Həmçinin, müraciətlər *6565 nömrəsi ilə qəbul edilir.


Eləcə də bax: Zəlzələdə əmlakına zərər dəyənlər – NƏ QƏDƏR ÖDƏNİŞ ALA BİLƏR? - İZAHAT
 

“Azsığorta” üçün bu ilk belə təcrübə deyil – şirkət 2016-cı ildə İmişli rayonunda və 2015-ci ildə Şəki rayonunda baş vermiş zəlzələlər zamanı analojı tədbirlər həyata keçirmişdir.

 

Xatırladaq ki, fevralın 6-na keçən gecə Pirqulu stansiyasından 7 km cənubda zəlzələ qeyd alınmışdır. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 5 bala yaxın olub.

 

Qeyd edək ki, “Azsığorta” Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir, ən sabit və çoxprofilli şirkətlərdən biridir və ölkənin TOP-5 sığorta şirkətlərinə daxildir.

Digər xəbərlər

Banner