Xəbər verildiyi kimi, Abşeronda anbarda güclü yanğın baş verib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FED.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əvvəlcə yayılan məlumatlarda yanğının Avrora Sənaye Parkında baş verdiyi bildirilsə də, sonradan məlumat təkzib olunub. Dəqiqləşib ki, AzMDF şirkətinə məxsus anbar yanır. Qeyd edək ki, AzMDF şirkətinin anbarları müxtəlif şirkətlərə icarəyə verilib.