“AZ-MAŞ” Qapalı Tipli Səhmdar Cəmiyyəti (QTSC) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AADY)məhkəməyə verib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “AzMaş” 1 saylı Bakı inzibatı-iqtisadi məhkəməsinən əsas borca görə 1 milyon 407 min manat və dəbbə puluna görə 598 min manat , cəmi 2 milyon manat (ƏDV daxil) məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsini (yəni AADY-nin ödəməsini) barədə qətnamə çıxarılmasını xahiş edib.
Məhkəmə isə hesab edir ki, iddiaçı ərizənin qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddiaçı “AZ-MAŞ” QTSC-nin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “müqavilə öhdəlikləri üzrə pul tələbi”nə dair iddiası baxılmamış saxlanılmalıdır.
Eləcə də bax: “Azəriqaz” maliyyə qurumunu məhkəməyə verdi – 1,45 MİLYON MANAT BORC İDDİASI