Neftçalada "Azərişıq"a məxsul kabel olğurlanıb
FED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Belə ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 20-də Beçtalı kəndi ərazisində “Azərişıq” ASC-yə məxsus 9250 manat dəyərində 2500 metr naqil oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Şahlar Əhmədov saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Araşdırma aparılır