“Azəriqaz” İstehsalat Birliyi Azərbaycanda fəaliyyət göstərən “Pareks Lizinq and Faktoring” MMC-ni (Parex Leasing and Factoring) məhkəməyə verib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Azəriqaz” 1 saylı Bakı inzibatı-iqtisadi məhkəməsinə müraciət edərək istifadə olunmuş 1,45 mln. manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə tələb irəli sürülüb.
Eləcə də bax: “Aztelekom” 595 manata görə icra hakimiyyətinin qəzetini - MƏHKƏMƏYƏ VERİB
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-639/2019 saylı, 27 mart 2019-cu il tarixli qərardadı ilə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh “Pareks Lizinq and Faktorinq” MMC-nə qarşı “borcun ödənilməsi” tələbinə dair işin iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
Qeyd edək ki, “Pareks Lizing and Faktorinq” şirkəti 2005-ci ildən fəaliyyət göstərir.