Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrin yaşadığı binada axtarışlar aparılır.
Dövlət Komitəsi: Malatyadakı tələbələri tapa bilmirlər
Artıq 8 gündür ki, xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin yaşadığı binada axtarışları davam etdirir.
FED.az xəbər verir ki, həmin binada axtarış-xilasetmə işlərini görən xilasedicilərdən biri Baku TV-yə verdiyi açıqlamada bildirib ki, binada heç bir canlının qalmadığı barədə məlumat alıblar: “Hər bir otağın ən dibinə qədər texnikalar işləyir. Çünki ancaq bundan sonra digər otaqlara keçmək mümkün olur. Nəşlərə zərər vermədən işlərə davam edirik. Ötən gün bir neçə pişik çıxardıq. AFAD artıq heç bir canlının qalmadığı məlumatını verəndən sonra işləri sürətləndirdik”.