Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan Azərbaycan vətəndaşı, iş adamı Nihad Əliyev xəstəxanada vəfat edib.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, hadisə ötən gecə İstanbulun Beşiktaş rayonu ərazisində baş verib.
Belə ki, ehtiyatsızlıq nəticəsində güllə Nihad Əliyevin baş nahiyəsindən dəyib.
Ağır yaralanan N.Əliyev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.