Banner

Hadisə

Azərbaycanlı dilənçinin üstündən 15 ölkənin pulu tapılıb - FOTOLAR

Azərbaycanlı dilənçinin üstündən 15 ölkənin pulu tapılıb - FOTOLAR | FED.az
00:03 15 Sen 2018
İstanbulda Sabiha Gökçen Hava Limanının ərazisində dilənçilik edən azərbaycanlı saxlanılıb.

FED.az xarici mediaya istinadən xəbər verir ki, dilənçinin üzərindən çıxan 15 fərqli valyuta isə polisləri təəccübləndirib.

Belə ki, pulların arasında 2500 türk lirəsi, 530 avro, 421 dollarla yanaşı, İran, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, İsveç, Nepal, Hindistan və digər ölkələrin valyutaları olub.

Polislər üzəri 4 fərqli dildə (latın, ərəb, kiril, sanskrit) yazılan pulların hansı ölkələrə aid olduğunu müəyyənləşdirməyə bir neçə saat sərf ediblər.
12 min lirəyə (təxminən 3300 manat) dəyişdirilən pul ictimai qurumlara verilməsi üzrə müsadirə edilib.

 



Digər xəbərlər

Banner