Yanvarın 17-si saat 23:00-a olan məlumata görə, küləyin sürəti Pirallahıda saniyədə 43, Maştağada 39, Bakıda 36, Sumqayıtda 35, Günəşli yatağında 32, Şahdənizdə 31, Qum adasında 30 metrə bərabər olub.
Bu barədə FED.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış qərargahdan məlumat verilib. Məlumata görə, dalğanın hündürlüyü Günəşli yatağında 10, Şahdənizdə 6,6 metrə çatıb.