Hadisə

Azərbaycanın məşhur ticarət mərkəzində - YANĞIN

Azərbaycanın məşhur ticarət mərkəzində - YANĞIN | FED.az
11:22 14 Noy 2018

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzində yanğın baş verib.

FED.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, hadisə ticarət mərkəzinin 2-ci mərtəbəsində qeydə alınıb. Nəticədə ümumi sahəsi 30 kvadratmetr olan geyim mağazası və içərisindəki əşyalar 25 kvadratmetr sahədə yanıb. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər xilas olunub, 60 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Banner