Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov vəfat edib.
Eləcə də bax: “Moskva” univermağının sahibi - VƏFAT EDİB
FED.az "report"a istinadən xəbər verir ki, o, 82 yaşında İsveçrədə dünyasını dəyişib.
Sabiq nazir uzun illərdir bu ölkədə yaşayırdı.
Qeyd edək ki, T.Qasımov 1938-ci ildə anadan olub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra Azərbaycan Еlmlər Akadеmiyasının Fizika İnstitutunda işləyib.
O, 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. T.Qasımov uzun illərdir ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı.