Hadisə

Azərbaycanın hərbi təyyarəsi dənizə düşdü - PİLOTUN AXTARIŞI APARILIR

Azərbaycanın hərbi təyyarəsi dənizə düşdü - PİLOTUN AXTARIŞI APARILIR | FED.az
10:28 25 İyul 2019

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Bu barədə FED.az Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən məlumat verir.

İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

Digər xəbərlər