Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti 228 nəfərlik şəxsi heyəti qardaş ölkəyə yola salınıb.
Türkiyədə zəlzələdə 5434 nəfər həlak olub, 31 min insan yaralanıb - YENİLƏNİR
FED.az xəbər verir ki, bunu FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov bildirib.
Onun sözlərinə görə, şəxsi heyət axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə təmin olunub və onların Türkiyədə qalma müddəti ilə bağlı heç bir məhdudiyyət yoxdur:
"Verilən tapşırıqların icrası tam yerinə yetirilənə qədər şəxsi heyət orada fəaliyyət göstərəcəkdir. Bildiyiniz kimi, iki gün öncə yola saldığımız qruplar artıq sutkalıq axtarış-xilasetmə əməliyyatlarına başlayıblar və müəyyən nəticələr var".
Qeyd edək ki, 228 nəfərlik şəxsi heyət Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları həyata keçirəcək.