Sentyabrın 3-də Kürdəmir rayonunda zəlzələ baş verib.
FED.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 20:38-də qeydə alınan zəlzələnin maqnitudası 5,2-yə bərabər olub.
Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar Ağdam, Saatlı, Beyləqan, Mingəçevir, Yardımlı, Qəbələ rayonlarında hiss olunub.
Bəzi məlumatlara görə, zəlzələ Göyçay, Biləsuvar və Sumqayıtda da hiss olunub.