Hadisə

Azərbaycanda quşçuluq fermasında yanğın - MİNLƏRLƏ CÜCƏ TƏLƏF OLUB

Azərbaycanda quşçuluq fermasında yanğın - MİNLƏRLƏ CÜCƏ TƏLƏF OLUB | FED.az
08:16 15 Aprel 2019

Aprelin 14-də Xaçmazda quşçuluq fermasında yanğın baş verib.

FED.az xəbər verir ki, hadisə rayonun Cığatay kəndində qeydə alınıb.

İlkin məlumata görə, yanğın zamanı 5 mindən çox cücə tələf olub.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz yanğından mühafizə hissəsinin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Üç yüz kvadratmetr ərazi yanğından mühafizə olunub, alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ümumi sahəsi 500 kvadratmetr olan fermanın 200 kvadratmetri yanıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Eləcə də bax: Qəbələ və Oğuzda dolu yağıb – MƏHSULLARA ZİYAN DƏYİB

Digər xəbərlər