“MuğanBank” ASC-nin əsas səhmdarlarından biri vəfat edib.
FED.az Qafqazinfo-ya xəbər verir ki, bankın səhmlərinin 11.58 faizinə sahib olan iş adamı Maqbet Mehdiyev dünyasını dəyişib.
Qeyd edək ki, hazırda bankın əsas səhmdarı (67.74%) və Müşahidə Şurasının sədri Maqbet Mehdiyevin oğlu Elmir Mehdiyevdir. Hazırda bankın ümumi səhm kapitalı 107.5 milyon manatdır.