Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın başlayıb.
Eləcə də bax: Azərbaycanda ilk dəfə dəniz suyu çaya qarışıb - KƏNDLƏR SUSUZ QALIB
FED.az FHN-dən "Qafqazinfo"ya verilən məlumata istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.