Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu intihar edib.
FED.az xəbər verir ki, hadisə Zaqatala Sərhəd Dəstəsində qeydə alınıb. Orada xidmət edən, 18 yaşlı əsgər Quliyev İbrahim Şamil oğlu ona təhkim olunmuş silahla özünü güllələyib. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi faktı təsdiqləyib.
Bildirilib ki, hadisə ilə əlaqədar DSX rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı olay baş verən hərbi hissəyə ezam olunub. (Lent.az)